17:31 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 % azdır. Ölkəyə səfər edənlərin 67,4 %-ni kişilər, 32,6 %-ni isə qadınlar təşkil edib.
Ölkəmizə gələnlərin strukturunda əsas paya sahib olan ölkələr:
Rusiya: 28,3 %
Türkiyə: 20 %
İran: 7,9 %
Gürcüstan: 4,7 %
Qazaxıstan: 4,6 %
Özbəkistan və Pakistan: hər biri 3,2 %
İsrail: 3,1 % | Hindistan: 2,6 % | Çin: 2,5 % | Səudiyyə Ərəbistanı: 2,3 %
Regionlar üzrə Avropa İttifaqından gələnlərin sayı 8 % artaraq 65,9 min, MDB ölkələrindən gələnlər 1,6 % artaraq 531,3 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı isə 32,8 % azalaraq 159,5 min nəfərə düşüb.
Nəqliyyat seçiminə gəlincə, ölkəyə gələnlərin 72,4 %-i hava, 26,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz yolu vasitəsilə səfər edib.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026