16:32 - 23.10.2026
23 Oktyabr, Fineko/abc.az. Birləşmiş Ştatların qiymətli kağızlar bazarında xırda (pərakəndə) investorların gün içi əməliyyatlarını asanlaşdıran tənzimləmə dəyişikliyindən sonra hissə sənədi və opsion bazarlarında fərdi ticarət həcmləri rekord həddə çatıb.
ABŞ Finans Sektoru Düzenleme Kurumu (FINRA) tərəfindən 2001-ci ildən bəri tətbiq edilən və balansında 25 min dollardan az vəsait olan investorlara 5 iş günü ərzində 4-dən çox gün içi əməliyyat aparmağı qadağan edən "Pattern Day Trader" (PDT) qaydası ləğv edilib.
Qaydanın ləğvindən sonra "Robinhood" və "Webull" kimi ticarət platformalarında günlük əməliyyat həcmləri 30%-dən 70%-dək kəskin artım göstərib.
Mütəxəssislər və investor hüquqları müdafiəçiləri isə xəbərdarlıq edir ki, bu addım sərmayə qoyuluşu ilə qumar arasındakı sərhədi itirərək birja əməliyyatlarını spekulyativ hobbiyə çevirir və kiçik investorların risklərini artırır.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
23 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026