Böhran 2027-ci ildə də davam edəcək — IEA rəhbərindən qlobal xəbərdarlıq

16:20 - 23.10.2026


23 Oktyabr, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Qərbi Sibirdən Avropaya boru kəmərləri və Hürmüz boğazından neft-qaz daşımalarındakı gərginlik səbəbindən qlobal enerji krizinin 2027-ci ildə də normallaşmayacağını bəyan edib.

Birol Türkiyə və Avstraliyanın birgə ev sahibliyi edəcəyi COP31 sammitində ana gündəmin "elektrifikasiya" olmasını təklif etdiklərini bildirib. Məqsəd elektrik enerjisinin ümumi enerjidəki payını hazırkı 23%-dən 2035-ci ilədək 35%-ə qaldırmaq üçün beynəlxalq öhdəlik bəyannaməsi imzalamaqdır.

Bu təşəbbüs qlobal enerji təhlükəsizliyini gücləndirmək, karbon emissiyalarını azaltmaq, həmçinin günəş, külək, nüvə enerjisi və elektrik nəqliyyat vasitələri infrastrukturu sahələrinə irimiqyaslı investisiyalar yönəltmək məqsədi daşıyır.