Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə özünü təminetmə 50%-i keçib

16:44 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Şəkər istehsalı üçün xammal üzrə özünü təminetmə səviyyəsi 50,5%-ə çatıb

Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə özünü təminetmə səviyyəsi ilbəil artaraq 50%-i keçib.

Şəkər istehsalı üçün xammal üzrə özünü təminetmə dərəcəsi 2020-ci ildə 14,6%, 2021-ci ildə 5,5%, 2022-ci ildə 39,5%, 2023-cü ildə 43,2%, 2024-cü ildə 46,2% və 2025-ci ildə 50,5% təşkil edib.

Şəkər üzrə özünü təminetmə göstəricisi 2020-ci ildə 69,4%, 2021-ci ildə 100,7%, 2022-ci ildə 103,9%, 2023-cü ildə 84,4%, 2024-cü ildə 93,0% və 2025-ci ildə 101,9% olub.