Azərbaycana gələn xarici turistlərin xərcləri və sayı azalıb

16:25 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən əcnəbilər ölkədə 1 milyard 873,3 milyon manat xərcləyiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15.9% (355 milyon manat) azdır.

Hesabat dövründə ölkəyə gələn turistlərin sayı da 7.8% azalaraq 1.58 milyon nəfər olub.

Xərclərin əsas hissəsi nəqliyyat (836 milyon manat), qidalanma (349.4 milyon manat) və yerləşmə (345.5 milyon manat) xidmətlərinin payına düşüb.

Ən çox xərci Rusiya (585.3 milyon manat) və Türkiyə (202 milyon manat) turistləri etsə də, hər iki ölkədən olan xərclərdə azalma qeydə alınıb.

Əksinə, İsraildən gələn turistlərin xərcləri kəskin — 74.5% artaraq 108.6 milyon manata çatıb.

Ölkəyə gələnlərin strukturunda Rusiya (27.9%) və Türkiyə (19.4%) vətəndaşları üstünlük təşkil edib, gələnlərin 66.9%-ni kişilər, 33.1%-ni isə qadınlar təşkil edib.

Regionlar üzrə Körfəz ölkələrindən gələnlərin sayı 33.3% azaldığı halda, Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında artım müşahid olunub.