11:12 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bunun 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.
Ölkələr üzrə pay bölgüsündə Rusiya (27,1%), Türkiyə (19,4%) və İran (7,7%) ilk üçlükdə yer alıb, qalan hissə isə Gürcüstan, Qazaxıstan, İsrail, Pakistan, Özbəkistan, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Ukrayna, Türkmənistan, Almaniya, Böyük Britaniya, Belarus və digər ölkələrin payına düşüb.
Əcnəbilərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026