Avropa İttifaqı ölkələrindən Azərbaycana gələnlərin sayı 6,1 faiz çoxalıb

11:27 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən Azərbaycana gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699,0 min nəfərə çatıb.

Buna qarşılıq, körfəz ölkələrindən gələnlərin sayında 32,0 faizlik ciddi azalma qeydə alınıb və göstərici 218,3 min nəfərə düşüb, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər təşkil edib.