“Rabitəbank” partnyorları ilə görüş keçirib Foto

12:19 - 22.10.2026


“Rabitəbank” tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə seçilmiş partnyorları ilə görüş keçirib.

Görüşün əsas məqsədi mövcud əməkdaşlığın nəticələrini dəyərləndirmək, tərəfdaşların bankın məhsul və xidmətləri ilə bağlı təcrübələrini və gözləntilərini öyrənmək, eləcə də gələcək əməkdaşlıq perspektivlərini birgə müzakirə etmək olub.

İnteraktiv müzakirə formatında təşkil olunan görüş zamanı partnyorları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, xidmət keyfiyyətinin yüksəldilməsi, əməkdaşlıq proseslərinin daha da optimallaşdırılması və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müştəri və tərəfdaş məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən “Rabitəbank” tərəfdaşlarla açıq dialoqun və davamlı geribildirim mexanizminin qurulmasını biznes əlaqələrinin inkişafında mühüm amillərdən biri hesab edir. Bu yanaşma banka tərəfdaşların ehtiyaclarını daha yaxından öyrənmək, onların gözləntilərinə uyğun həllər formalaşdırmaq və əməkdaşlığın səmərəliliyini artırmaq imkanı yaradır.

Rabitəbankın partnyor şəbəkəsinə qoşulmaq və əməkdaşlıq imkanlarından yararlanmaq üçün https://rbt.az/prtnrol linkinə keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.