16:14 - 20.12.2018
20 dekabr, Fineko/abc.az. SOCAR-Türkiyə və BP Türkiyədə birgə neft-kimya müəssisəsinin yaradılması ilə bağlı razılaşma imzalayıblar.
BP-dən verilən xəbərə əsasən, müəssisə, STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksinin yerləşdiyi Aliağada, Xüsusi Sənaye Zonasında yerləşəcək.
“Müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, tərəflər, 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi planlaşdırır.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026