Sentyabrın 19-dan Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişir

10:59 - 17.08.2026


17 avqust, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ənənəvi mövsümlərarası keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı sürət qatarlarının hərəkət qrafikində dəyişiklik edildiyini açıqlayıb.

ADY-dən verilən məlumata görə, sentyabrın 19-dan etibarən qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək. Sərnişinlərə həmin tarixdən sonrakı səfər planlaşdırmalarında yeni cədvəli nəzərə almaları tövsiyə olunur.