15:44 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. ABŞ-ın e-ticarət nəhəngi "Amazon" 2026-cı ilin üçüncü rübündə net satışlarını 201,9 milyard dollara çatdıraraq illik müqayisədə 12% artım əldə edib.
Şirkətin maliyyə hesabatına əsasən, ötən ilin analoji dövründə 21,2 milyard dollar olan xalis mənfəət bu ilin 3-cü rübündə 2,4% azalaraq 20,7 milyard dollara geriləyib. Həmçinin bir səhmə düşən mənfəət 1,95 dollardan 1,89 dollara düşüb.
"Amazon" cari ilin son rübündə satışların 240-247 milyard dollar arasında olacağını proqnozlaşdırır, illik kapitallaşma xərcləri hədəfini isə təxminən 220 milyard dollar səviyyəsində saxlayıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026