Neftin qiyməti 88 dollara qalxdı – ABŞ və İran danışıqları çıxılmaz vəziyyətə düşüb

09:56 - 11.08.2026


11 avqust, Fineko/abc.az. ABŞ ilə İran arasında sülh sazişi və Hörmüz boğazının açılması üzrə danışıqların dalana dirənməsi nəticəsində neft qiymətləri yüksəlib. "Brent" markalı neftin fyuçersləri 88 dollara, WTI nefti isə 82,45 dollara çataraq 31 iyuldan bəri ən yüksək səviyyəni vurub.

Bazardakı artıma ABŞ Prezidenti Donald Trampın İranın şərtlərinə cavab olaraq tazminat tələb etməsi təsir edib. "IG" analitiki Toni Sikamor tərəflər razılığa gələnədək neftin 75-95 dollar aralığında ticarət olunacağını bildirib.

Bu artım çərşənbə günü açıqlanacaq ABŞ inflyasiya göstəricilərinin (TÜFE) önəmini artırıb. Yüksək göstərici Fed-in faiz artımı ehtimalını gücləndirə bilər.

Digər tərəfdən, Yapon yeni yenidən təzyiq altına düşərək 159 səviyyəsinə yaxınlaşıb, spot qızıl isə 0,5% artaraq bir unsiya üçün 2.409,81 dollara yüksəlib.