10:20 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiqləyib.
Yeni qaydalar vahid forma deyil, işgüzar geyim mədəniyyətinin formalaşdırılması və dünyəvilik prinsipinə uyğun, sadə, təmiz, səliqəli və mövsümə uyğun geyim üslubunun təmin edilməsini nəzərdə tutur.
Müəllimlər pedaqoji fəaliyyətə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun geyinməli, şagirdlərin diqqətini yayındıran geyimlərdən çəkinməlidirlər.
Bu tələblər həm gündəlik dərs prosesində, həm də rəsmi tədbirlərdə gözlənilməlidir, lakin milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən istifadəyə icazə verilir.
Ekspertlərin fikrincə, müəllimlərə dress-kodun tətbiqi məktəbin korporativ mədəniyyətini, idarəetməni və ictimai nüfuzunu gücləndirərək müvafiq iş mühitini qorumağa xidmət edir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026