Oman Hörmüz boğazında gəmiçiliyin birgə idarə olunmasını təklif edib

16:30 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Oman Hörmüz boğazında gəmiçiliyin birgə idarə edilməsi təşəbbüsü ilə çıxış edib. Təklif olunan mexanizm istifadəçilərin könüllü ianələrini nəzərdə tutur.

Bu barədə Reuters agentliyi bölgədəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs artıq regional səviyyədə dəstək qazanıb. Əsas məqam odur ki, Tehran boğaz üzərində təkbaşına nəzarət etməyəcək. Reuters agentliyinin həmsöhbətinin izah etdiyi kimi, nümunə olaraq Malakka boğazındakı təcrübə götürülüb: həmin marşrutdan istifadə edənlər naviqasiya, təbiətin mühafizəsi və axtarış-xilasetmə əməliyyatları üçün könüllü olaraq ödənişlər edirlər.