Gürcüstanın 5 aparıcı bankı "Nasdaq" sisteminə keçir

22:50 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Gürcüstanın bank sektoru son illərin ən iri texnoloji yenilənməsinə hazırlaşır.

Ölkənin beş aparıcı bankı — "Bank of Georgia", "TBC Bank", "Liberty Bank", "Terabank" və "Basisbank" nağd pul axınları, valyuta əməliyyatları və maliyyə risklərinin idarə edilməsi üçün vahid beynəlxalq "Nasdaq Calypso" platformasına keçəcək.

Gürcüstan Milli Bankının dəstəyi ilə həyata keçirilən bu layihə aktivləri 38 milyard dollara çatan bank sektorunun infrastruktura çəkdiyi xərcləri optimallaşdırmağa, əməliyyatların sürətini artırmağa və maliyyə sisteminin böhranlara qarşı davamlılığını təmin etməyə hədəflənib.

Ölkə aktivlərinin əsas hissəsini nəzarətdə saxlayan bu bankların texnoloji modernizasiyası Gürcüstanın qlobal maliyyə sisteminə inteqrasiyasını və xarici investorlar üçün cəlbediciliyini artıracaq.