Avropa Mərkəzi Bankı uçot dərəcəsini 2,25% səviyyəsində sabit saxlayıb

17:24 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) bazar gözləntilərinə uyğun olaraq depozit faiz dərəcəsini dəyişməyərək 2,25% səviyyəsində saxlayıb.

 Əsas yenidən maliyyələşdirmə faizi 2,40%, marjinal borclanma faizi isə 2,65% həddində dəyişməz qalıb. AMB Başkanı Kristin Laqard  mətbuat konfransında bildirib ki, Yaxın Şərqdəki gərginlik fonunda enerjidaşıyıcılarının qiymətindəki dəyişkənlik inflyasiya risklərini artırır.

 O, faiz dərəcələri ilə bağlı əvvəlcədən müəyyən edilmiş hər hansı trayektoriyanın olmadığını və qərarların hər iclasda daxil olan iqtisadi göstəricilər əsasında ayrı-ayrılıqda qəbul ediləcəyini vurğulayıb.