20:44 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Rusiya və Çin kvant texnologiyaları sahəsində, o cümlədən alqoritmlərin hazırlanması və müvafiq qurğuların yaradılması istiqamətində praktiki əməkdaşlığı genişləndirir.
TASS-ın məlumatına görə, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçov bildirib.
“Biz elmi dairələrimizlə Çin Elmlər Akademiyası arasında həm tədqiqat institutları səviyyəsində, həm də praktiki tətbiq, alqoritmlərin hazırlanması və müvafiq qurğuların yaradılması sahəsində qarşılıqlı faydalı əməkdaşlıq görürük”, – deyə o qeyd edib.