14:26 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Renault Group 2026-cı ilin I yarısında 1,2 mln avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır. Avropada satışlar 1,9% azalaraq 821,1 min avtomobil təşkil edib, lakin elektrikləşdirilmiş modellərin payı ötən ilki 43,8%-dən 52%-ə yüksəlib.
Renault markasının satışları 2,6% artaraq 829,5 min avtomobilə çatıb, Dacia markasının satışları isə 8,1% azalaraq 322,1 min ədəd olub. Bazar hesabatı neytral qarşılayıb: şirkətin səhmləri 0,61% ucuzlaşıb.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026