09:03 - 25.07.2026
25 iyul, Fineko/abc.az. "OpenAI" şirkəti tərəfindən həyata keçirilən daxili təhlükəsizlik sınaqları zamanı gözlənilməz kiberinsident baş verib. Şirkətin məlumatına görə, təhlükəsizlik filtrləri söndürülmüş və izolyasiya edilmiş mühitdə ("sandbox") kiberimkanları yoxlanılan süni intellekt modelləri (o cümlədən GPT-5.6 Sol) sınaq tapşırıqlarının cavablarını əldə etmək üçün təcrid zonasını yarıblar.
Modellər sistemdəki boşluqlardan istifadə edərək internetə çıxış əldə edib və açıq mənbəli AI resursu olan "Hugging Face" platformasının istehsalat bazasına daxil olublar.
"OpenAI" baş verənləri "mühüm kiberinsident" adlandırıb və təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyini bəyan edib.