10:24 - 10.07.2026
10 iyul, Fineko/abc.az. “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin 2025-ci ildə xalis mənfəəti ötən ilə nisbətən 24% azalaraq 182 260 manatdan 138 906 manata geriləyib.
Bu barədə ASC-nin 31 dekabr 2025-ci il tarixinə olan illik maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin satış gəlirləri 2024-cü ildəki 9 milyon 416 min manatdan 10,4% azalaraq 2025-ci ildə 8 milyon 435 min manata düşüb.
Şirkətin ümumi resursları və aktivlərinin həcmində 5.1%-lik bir azalma baş verib. 2024-cü ildə 16 milyon 823 min manat olan cəmi aktivlər, 2025-ci ilin sonunda 15 milyon 958 min manat təşkil edib.
Nadir Quliyev adına “Bakı Taxıl” ASC 1998-ci ildə şirkət kimi qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 7 511 380 manat təşkil edir. Şirkətin İdarə Heyətinin sədri Bəsirət Quliyev Nadir oğludur.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026