Banqladeş ilk suveren istiqraz buraxılışına hazırlaşır

21:28 - 8.07.2026


8 iyul, Fineko/abc.az. Banqladeş artan dövlət xərclərini maliyyələşdirmək məqsədilə beynəlxalq bazarlarda ilk suveren istiqraz yerləşdirmə imkanını nəzərdən keçirir.

Məlumata görə, buraxılışın parametrlərini araşdırmaq üçün qurumlararası komissiya yaradılıb.

Gözlənilir ki, yerləşdirmə daxili banklardan və güzəştli kreditlərdən asılılığı azaltmağa, həmçinin şirkətlərin xarici borclanması üçün meyar formalaşdırmağa kömək edəcək. Dollar istiqrazları və Çində “panda” istiqrazlarının buraxılması variantı nəzərdən keçirilir. Qərar iqtisadiyyatı dəstəkləmək üçün dövlət xərclərinin 19% artırılması planları fonunda qəbul edilir.