Neft ucuzlaşır: Brent bir barel üçün 72,80 dollardır

09:35 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:15-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçersinin qiyməti 0,94 dollar (1,28%) ucuzlaşaraq bir barel üçün 72,80 dollar təşkil edib. İyunun 24-də keçirilən ticarətin yekununda bu müqavilənin qiyməti 3,34 dollar (4,33%) aşağı düşərək bir barel üçün 73,74 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin avqust fyuçersinin qiyməti saat 09:15-ə qədər 0,87 dollar (1,24%) azalaraq bir barel üçün 69,47 dollara enib. İyunun 24-də keçirilən ticarətin yekununda "WTI" fyuçersinin qiyməti 2,87 dollar (3,92%) ucuzlaşaraq 70,34 dollar təşkil edib.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 3,38 dollar (4,24%) azalaraq bir barel üçün 76,38 dollara düşüb.