Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edib - Xalid Əhədov

11:29 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Azərbaycanın 32 rayonunda yaradılmış 52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Xalid Əhədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən aqrar islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsini də zəruri edib:

"Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsindən çıxarılmış, uzun illər istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qaytarılıb. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkənin 32 rayonunda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edib, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib".

©Report