15:13 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Azərbaycanın lizinq bazarının həcmi məlum olub.
ABC.AZ xəbər verir ki, 2026-cı il martın sonuna olan vəziyyətə banklar və BOKT-lar tərəfindən təqdim edilmiş maliyyə icarəsi xidmətlərinin həcmi 46 milyon manata çatır.
Hökumət və Mərkəzi Bank hesab edir ki, bu bazarın böməsi üçün böyük imkanlar var və indiki vəziyyət bazarın tam potensialını əks etdirmir.
Buna nail olmaq, yəni maliyyə icarəsi üzrə potensialın reallaşdırılması məqsədilə hüquqi və tənzimləmə sahəsində islahatların aparılması nəzərdə tutulur.
Bu məqsədlə Azərbaycanda elektron qaimələrin tətbiqi və digər təşəbbüslərdən istifadə olunacaq. Bura maliyyə icarəsi ilə yanaşı, faktorinq və invoys maliyyələşməsi də aiddir.
18 İyun 2026
18 İyun 2026
16 İyun 2026