11:47 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6%, bitkiçilik məhsulları istehsalının ümumi dəyəri isə 1,1% çox olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iyunun 1-nə qədər tarlalardan 443,6 min ton tərəvəz (1 il əvvələ nisbətən 1,5% çox), 168,9 min ton kartof (0,1% çox), 54 min ton meyvə və giləmeyvə (55,4% çox), 30,6 min ton dənli və dənli paxlalı bitkilər (69,1% az), 556 ton yaşıl çay yarpağı (11,5% çox) yığılıb.
Bundan başqa, 5 ay ərzində ölkədə diri çəkidə 244,4 min ton ət, 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunub. İllik müqayisədə ət istehsalı 4,7% artıb, süd istehsalı 0,1 %, yumurta istehsalı 2,2%, yun istehsalı isə 5,2% azalıb.
18 İyun 2026
16 İyun 2026