Qlobal buğda qiymətləri yeni məhsul və geosiyasi amillər fonunda azalır

16:22 - 17.06.2026


17 iyun, Fineko/abc.az. 10–17 iyun tarixlərində dünya buğda qiymətləri yeni məhsulun bazara kütləvi çıxışı ərəfəsində azalmağa davam edib. ABŞ və İran arasında mümkün razılaşma çərçivəsində Hörmüz boğazının açıla biləcəyi ilə bağlı gözləntilər də bazara əlavə təzyiq göstərir.

ABC.AZ xəbər verir ki, analitiklər Rusiyada yeni məhsul üzrə ixrac qiymətlərinin azaldığını, Fransada və Almaniyada isə isti havaya görə əkin sahələrinə zərər riskləri ilə bağlı qiymət artımının qeydə alındığını bildirirlər.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi Rusiyada buğda istehsalı proqnozunu 88 milyon tona yüksəldib, ixrac proqnozunu isə 47 milyon ton səviyyəsində saxlayıb. Eyni zamanda Türkiyə üçün idxal proqnozu azaldılıb, Misir üçün isə artırılıb.

Bazarlar həmçinin ABŞ-da əkin sahələrinin vəziyyətinin yaxşılaşması və qış buğdasının yığımının sürətlənməsi fonunda təzyiq altında qalır.