15:47 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Citi analitikləri Brent neftinin orta qiymət proqnozunu III rüb üçün 75 dollar, IV rüb üçün isə 70 dollar səviyyəsinə endiriblər. Bu dəyişiklik ABŞ və İran arasında razılaşmadan sonra Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının bərpası gözləntiləri ilə izah olunur.
ABC.AZ xəbər verir ki, əvvəlki proqnozlar daha yüksək idi — müvafiq olaraq 110 və 90 dollar.
2027-ci il üzrə gözləntilər də azaldılaraq 65 dollar səviyyəsinə endirilib.
Goldman Sachs və digər banklar da proqnozlarını aşağı salıb, lakin Morgan Stanley daha yüksək qiymət gözləntilərini saxlayır. Barclays isə 2026-cı ildə Brent neftinin orta qiymətini 100 dollar səviyyəsində saxlayaraq daha optimist proqnoz verib.
19 İyun 2026
19 İyun 2026