Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

10:04 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 3,94 dollar (4,55%) azalaraq 82,61 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixdə qeydə alınan minimal qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), tarixi maksimumu isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.