17:09 - 16.06.2026
16 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycana 20 109 ton ət idxal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 19 936 ton təşkil etmişdi. Beləliklə, ət idxalının həcmi illik müqayisədə 0.9% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasından bildirilib. Ət idxalına çəkilən xərc artıb.
2026-cı ilin ilk 5 ayında ət idxalının statistik dəyəri 47 milyon 232 min ABŞ dolları olub. 2025-ci ilin eyni dövründə bu göstərici 41 milyon 133 min ABŞ dolları idi. Nəticədə, ət idxalının dəyəri illik müqayisədə 15% artıb.