Almaniya “UniCredit”in “Commerzbank”ı almaq təklifini rədd etdi

16:12 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Almaniya Maliyyə Agentliyi İtaliyanın "UniCredit" bankının "Commerzbank"ın səhmlərini almaq barədə təklifini aşağı qiymət və bankın "aqressiv yanaşması" səbəbindən rəsmən rədd edildiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hökumətin borclarının idarə edilməsini həyata keçirən Agentliyin bəyanatında Nazirliklər Arası İstiqamətləndirmə Komitəsinin "UniCredit"in səhm mübadiləsi təklifini geri çevirdiyi bildirilib. "Commerzbank"da 12%-lik paya sahib olan Almaniya hökuməti qərarın əsas səbəblərini açıqlayıb:

Maliyyə cəhətdən qeyri-məqbul təklif: İtaliya bankının təklif etdiyi qiymət "Commerzbank"ın mövcud birja dəyərinə uyğun ağlabatan mükafatı (premium) ehtiva etmədiyi üçün iqtisadi cəhətdən səmərəsiz hesab olunub.

Strateji əhəmiyyət və müstəqillik: Komitə "Commerzbank"ın müstəqillik strategiyasını dəstəklədiyini və "UniCredit"in "aqressiv" iş üslubunu bəyənmədiyini qeyd edib. Bildirilib ki, bank Almaniya iqtisadiyyatının, xüsusilə də orta sahibkarlığın maliyyələşməsində və Frankfurtun maliyyə mərkəzi kimi qorunmasında kritik rol oynayır.