"Telegram" rəsmən "Apple Watch"a qayıtdı — Pavel Durov yeni tətbiqi təqdim etdi

23:10 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Populyar messencer "Telegram" uzunmüddətli fasilədən sonra yenidən "Apple Watch" smart saatlarında əlçatan olub. Bu barədə layihənin rəhbəri Pavel Durov rəsmi açıqlama verib.

ABC.AZ xarici İT mediasına istinadən xəbər verir ki, "Telegram"ın "Apple Watch" üçün ilk versiyası hələ 2015-ci ildə təqdim edilsə də, şirkət sonradan dəstəyi dayandırmış və 2022-ci ildə tətbiqi rəqəmsal mağazalardan tamamilə silmişdi. Yeni buraxılış isə əvvəlki kimi sadə bildiriş paneli deyil, tam funksional və müstəqil (native) proqram təminatıdır.

Yeni tətbiqin imkanları:

  • İstifadəçilər artıq "iPhone"u cibindən çıxarmadan birbaşa saat ekranından bütün mesaj qovluqlarını, çatları və teleqram kanallarını oxuya bilərlər;

  • Mətnli mesajlar yazmaq, səsli qeydlər göndərmək və dinləmək, eləcə də stiker, GIF və videoları birbaşa saatda oynatmaq mümkündür.