17:25 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Azərbaycanda soyuducu anbarların tutumunun 500 min tona çatdırılması hədəflənir.
ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda soyuducu anbarların da genişləndirilməsi hədəflənir: "Bununla bağlı göstəricilərin mövcud 400 min tondan 500 min tona çatdırılması hədəflənir. Dəstək mexanizmlərinə bu anbarlıqların alınmasına güzəşt və eyni zamanda, kreditlər, güzəştli kreditlərin ayrılması mexanizmi daxildir".
O qeyd edib ki, digər istiqamət şərabçılıqla bağlıdır:
"Azərbaycanda şərabçılıq təsərrüfatlarının sayının 20-yə qaldırılması hədəflənir. Burada da həssas bizim mexanizmlər nədən ibarət olacaq? Avadanlıq subsidiyası nəzərdə tutulur, paralel olaraq da texniki sort üzümün bağlarının salınmasını dəstəklənməsi, bir növ əlavə bir bağçılıq subsidiya mexanizmi nəzərdə tutulur".
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026