Neft bahalaşır: Brent - hər barel üçün $93,58

09:49 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markalı neftin qiyməti artır.

Saat 09:46-da ICE Futures birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti $0,48 (0,01%) artaraq bir barel üçün $93,58 təşkil edib. 10 iyun ticarətinin nəticələrinə görə, müqavilə $1,65 (1,80%) bahalaşaraq hər barel üçün $93,10 olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersi saat 09:46-ya qədər $0,64 (0,71%) bahalaşaraq bir barel üçün $90,67 təşkil edib. 10 iyun sessiyasının nəticələrinə görə, müqavilənin qiyməti $1,83 (2,07%) artaraq hər barel üçün $90,03 olub.

10 iyun ticarətinin yekunlarına əsasən, Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti $1,09 (1,14%) artaraq bir barel üçün $96,36-ya çatıb.