Taxıl qiymətləri fərqli istiqamətdə dəyişib: ABŞ-da buğda bahalaşıb, Avropada ucuzlaşıb

17:14 - 9.06.2026


9 iyun, Fineko/abc.az. 8 iyun 2026-cı il tarixində dünya taxıl birjalarında fərqli dinamika müşahidə olunub.

ABC.AZ xəbər verir ki, Chicago Board of Trade-də buğda (SRW) 0,39% bahalaşaraq 582,25 sent/buşelə, Kansas City Board of Trade-də isə (HRW) 1,45% artaraq 629,75 sent/buşelə yüksəlib.

Avropada isə əksinə, Euronext və ICE Europe-da buğda müvafiq olaraq 200,75 avro və 174,75 funt/tona qədər ucuzlaşıb.

Qarğıdalı və düyü bahalaşıb, yulaf isə cüzi ucuzlaşıb.