09:57 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Dələduzluqla bağlı təhdidlərlə hər bir vətəndaş üz-üzə qalır. Hazırda ani ödəniş sistemində ciddi işlər görülür.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədr müavini Vüsal Xəlilov deyib.
Statistik rəqəmlərə toxunan AMB rəsmisi qeyd edib ki, may ayının statistikasına nəzər salanda milli ödəniş sistemində ani ödənişin payının 54 faiz olduğu görsənir.
V.Xəlilov bildirib ki, Mərkəzi Bank bu istiqamətdə əhatə dairəsinin davamlı genişləndirilməsini gözləyir:
"Bu ən ucuz ödəniş sistemidir. Rəqabətlilik prizmasından da sərfəlidir. Dələduzluq və kiberdələduzluq məsələsinə gəldikdə, bununla bağlı kompleks tədbirlər görülür. İlin sonuna qədər dələduzluğun idarə edilməsi ilə bağlı mühüm addım atılacaq. Əlbəttə ki, bu çağırışlar davamlı olacaq. 11 fevral Cənab Prezidentin müşavirədə bildirdiyi kimi, rəqəmsallaşma və süni intellekt ölkəmizin strategiyası kimi qəbul olunub. Rəqəmsallaşma və süni intellektin tətbiqi hesab edirəm ki, hər bir təşkilatda geniş istifadə olunacaq".
Müəllif: Elmir Muradov
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026