“Pro Kredit” ASC zərərdə - Xərcləri də artıb

15:02 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Bank olmayan kredi təşkilatı (BOKT) “Pro Kredit” ASC-nin 2025-cı il üzrə maliyyə vəziyyəti məlum olub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının əməliyyat gəlirləri 938 min manat, əməliyyat xərcləri 95 min manat olub.

2024-cü illə müqayisədə əməliyyat gəlirləri 19,4%, əməliyyat xərcləri 38% artıb.

Hesabat dövründə BOKT “Pro Kredit”in əmək haqqı xərcləri 154 min (41 min manat / 36,3% çox), inzibati xərcləri 94 min manat (82 min manat / 7,6 dəfə çox), digər əməliyyat xərcləri 172 min manat (10 min manat / 6,1% çox) olub.

Xərclərin artması nəticəsinlə BOKT-un əməliyyat mənfəəti 409 min manat olub. Bu məbləğin 313 min manatı ehtiyatlara ayrılıb, nəticədə vergidən əvvəlki mənfəət 96 min manat olub. Bu, 2024-cü ildəki 106 min manatdan 8,5% azdır.

(BOKT) “Pro Kredit” ötən ilin sonuna 19 min manat mənfəət vergisi ödəyib və 2025-ci ili ili 77 min manat xalis mənfəətlə bağlayıb. 2024-cü illə müqayisədə xalis mənfəət azalıb, belə ki, əvvəlki il mənfəət 105 min manat olmuşdu.

2025-ci ilin sonunda (BOKT) “Pro Kredit”in aktivləri 3 milyon 206 min manat təşkil edib. Bu, illik müqayisədə 5%) çoxdur. Şirkətin kredit portfeli 3 milyon 692 min manata bərabərdir, amma  kreditlər üzrə xüsusi ehtiyat fonduna ayırmalar 1 milyon 239 min manat ayrılıb.