14:57 - 8.06.2026
8 iyun, Fineko/abc.az. 2026-cı ilın yanvar-may ayları ərzində Azərbaycanın dövlət büdcəsinin xərcləri 13 milyard 375,2 milyon manat məbləğində icra edilib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə xərclərin icrası 13 milyard 852,7 milyon manatlıq proqnoza qarşı 96,6% təşkil edib.
Nazirlikdən bildirilib ki, ilin ilk 5 ayında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Müraciətlərin qanunvericiliyə uyğun, sürətli və xətasız icrası təmin edilib. Xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə yerinə yetirilib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026