19:36 - 6.06.2026
6 iyun, Fineko/abc.az. Azərbaycanın qeyri-neft ixracatında mühüm paya malik olan meşə fındığının xarici bazarlara satışı kəskin artım nümayiş etdirir. Cari ilin yanvar-aprel aylarında ölkədən 79.3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.
ABC.AZ bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ixrac olunan məhsulun dəyəri 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 48,5% artıb. Təkcə aprel ayında fındıq ixracından əldə olunan gəlirlər 10.9 milyon dollar təşkil edib.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026