11:33 - 29.11.2018
29 noyabr, Fineko/abc.az. “Mastercard” yeni texnologiyaların tətbiqi ilə Azərbaycanda fəaliyyətini təkmilləşdirməyə davam edir.
“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar mətbuat konfransı zamanı bildirib ki, daha bir yenilik “MasterPass” platformasının istifadəsi olacaq.
“Bu platforma Azərbaycan istifadəçiləri üçün nağdsız hesablaşma sisteminin istifadəsini maksimal şəkildə asanlaşdıracaq”, - E. Çakar belə deyib.
“MasterCard”ın “MasterPass” elektron pulqabısı, bir tərəfdən internet-bankları və elektron pulqabılarını birləşdirən, digər tərəfdən isə, onlayn mağazalar və istifadəçilərə ödəmə zamanı ödəniş və əlaqə məlumatlarını doldurmadan keçmək imkanı verən bir platformadır.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026