Rusiya ilə ticarət dövriyyəmiz təxminən 30 % azalıb - Səfir

10:55 - 5.06.2026


5 iyun, Fineko/abc.az. 2026-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən ilin göstəricisini üstələyə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Belə ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bəyan edib ki, 2025-ci ilin yekunları üzrə ticarət dövriyyəmizdə təxminən 4,9-5 milyard dollara qədər artım var.

"Bu, müsbət dinamikadır. Lakin cari ilin beş ayının yekunlarına əsasən, ticarət dövriyyəmiz təxminən 30 % azalıb", - diplomat qeyd edib.

Onun sözlərinə görə, azalma mövsümi dəyişikliklərlə bağlı ola bilər və əlavə təhlil tələb edir.

R. Mustafayev həmçinin bildirib ki, bu məsələni forum çərçivəsində Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçevlə müzakirə edib.

"Əminəm ki, yaxın aylarda, ilin sonuna qədər biz 2025-ci ilin göstəricilərinə çatacaq, bəlkə də üstələyəcəyik", - səfir bildirib.