“NEO” BOKT zərər etdi - Aktivləri isə çökdü

12:29 - 1.06.2026


1 iyun, Fineko/abc.az. “NEO” bank olmayan kredit təşkilatı (BOKT) ASC ötən ili 80 min 108 manat zərərlə başa vurub.

ABC.AZ BOKT-un hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkət 222 manat gəlir əldə etmişdi.

Ötən il şirkətin faiz gəlirləri 26 min 249 manat olub ki, bu da, illik müqayisədə 4 min 502 manat (14,6%) azalma deməkdir. Belə ki, 2024-cü ildə bu məbləğ 30 min 751 manat idi.

Gözlənilən kredit zərərləri üzrə ehtiyatların həcmi 39 min 276 manat təşkil edib. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 65 min 252 manat olub.

Ötən il kredit təşkilatının ümumi və inzibati xərcləri 8 min 671 manat (7,5%) artaraq 124 min 944 manata yüksəlib. Əmlak və avadanlıqların satışından zərər isə 20 min 689 manat olub. 2024-cü ildə əmlak və avadanlıqların satışından 100 min 442 manat gəlir əldə edilmişdi.

Aktivlərdə də kəskin azalma müşahidə olunub. Belə ki, BOKT-un aktivlərinin həcmi 2024-cü ilə nəzərən 101 min 329 manat və ya 4,3 dəfə azalaraq 30 min 598 manata düşüb.

Öhdəliklərin həcmi 1 988 manat təşkil edib ki, bu da, illik müqayisədə 21 min 221 manat (11,7 dəfə) azdır.