15:40 - 26.05.2026
26 may, Fineko/abc.az. “Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı azaldılır.
ABC.AZ xəbər verir ki, “Kredit Servis BOKT”-un nizamnamə kapitalı azaldılaraq 1 032 934 manat olub. Buna qədər BOKT-un nizamnamə kapitalı 1 282 934 manat idi ki, bu da 250 000 manat azalma deməkdir.
Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb və qanuni təmsilçisi Teymur Süleymanovdur.
3 İyun 2026
3 İyun 2026