18:37 - 25.05.2026
25 may, Fineko/abc.az. Azərbaycanda aqroekoloji məlumatlar əsasında bölgələrin ixtisaslaşmasını təmin edəcək və fermerlərin maarifləndirilməsini həyata keçirəcək vahid aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, yaradılacaq yeni sistem vasitəsilə bölgələrdə torpaq və iqlim xüsusiyyətlərinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı məhsulları üzrə regional ixtisaslaşma aparılacaq və fermerlərin bu istiqamətdə məlumatlandırılması təmin ediləcək. Bununla yanaşı, proqram çərçivəsində yerli istehsalçıların ekoloji təmiz (orqanik) kənd təsərrüfatı məhsullarının istehsalı prinsipləri barədə məlumatlılıq səviyyəsinin artırılması hədəflənir.
26 May 2026
26 May 2026
26 May 2026