18:28 - 25.05.2026
25 may, Fineko/abc.az. Azərbaycanda cins heyvanların və ya balıqların saxlanıldığı müasir təsərrüfatların götürdüyü kreditlərin faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu güzəşt Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə müasir texnologiyaların tətbiq edildiyi, güclü yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların, həmçinin tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından (BOKT) alacaqları kreditlər üzrə tədbirlər görmək tapşırılıb.
Belə ki, sözügedən subyektlərin 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlər, həmçinin icra edilmiş investisiya layihələrinin dəyəri "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin vəsaiti hesabına subsidiyalaşdırılacaq.