16:13 - 22.05.2026
22 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 229,1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə toxuculuq sənayesində 31,7 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 8,7 faiz, geyim istehsalında isə 5,2 faiz artım müşahidə olunmuşdur.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, cari ilin aprel ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 52.9 milyon manata bərabər olub.
3 İyun 2026
3 İyun 2026