14:30 - 21.05.2026
21 may, Fineko/abc.az. Bu il Azərbaycan İran, Belarus və Ukrayna kimi ölkələrdən daha ucuz məhsul idxal etməyə başlayıb.
ABC.AZ xəbər verir ki, nəticədə idxalın həcmi artsa da, bu səbəbdən ümumi dəyərdə azalma müşahidə olunub.
Əlavə olaraq vaxtilə əsas təchizatçılardan olan Yeni Zelandiyanın bazardakı payı isə azalmağa davam edir, onu yuxarıda qeyd edilən ölkələr əvəzləyir. 2026-cı ilin ilk üç ayında ölkəyə 5 672 ton kərə yağı idxal olunub.
Bu göstərici ötən ilin eyni dövründəki 5 668 tonla demək olar ki, eynidir.
Bununla belə, idxalın ümumi dəyəri 39 milyon 978 min dollardan 35 milyon 889 min dollara düşərək 10.2% azalıb.
Bir ton kərə yağının orta idxal qiyməti isə 7 053 dollardan 6 328 dollara enib ki, bu da 10.3% azalma deməkdir.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
11 İyun 2026