17:29 - 19.05.2026
19 may, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edib.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, “CasaAgro Aqropark” Samux rayonunun Nəbiağalı qəsəbəsində yerləşir.
ATM-in direktoru Rəşad Hüseynov qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, yeni özəl aqropark innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsini planlaşdırır.
“CasaAgro Aqropark”ın ümumi ərazisi 72 hektar, layihə dəyəri 14,6 milyon manatdır. Aqroparkda damlama suvarma sistemi altında 5 ha alma, 8 ha armud, 15 ha nektarin, 10 ha şaftalı, 7 ha ərik, 3 ha gavalı, 10 ha xurma və 9 ha gilas bitkiləri becərilir.
26 May 2026
26 May 2026
26 May 2026