16:43 - 19.05.2026
19 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart aylarında əhalinin sayı 5814 nəfər və ya 0.1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10 268 165 nəfərə çatıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb.
Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olub. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Şərqi Zəngəzur (10,3), Dağlıq Şirvan (10,2), Qarabağ (10,1), LənkəranAstara (10,0), Mil-Muğan (9,3), Şirvan-Salyan (9,0), Mərkəzi Aran (8,9), Qazax-Tovuz (8,6), Quba-Xaçmaz (8,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olub.
26 May 2026
26 May 2026
26 May 2026