11:38 - 13.05.2026
13 may, Fineko/abc.az. Dərnəgül dayanacağından qatarla birbaşa rayonlara getmək mümkün olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.
Qeyd edək ki, Abşeron dairəvi marşrutu üzrə Dərnəgül dayanacağı aprelin 8-də istifadəyə verilib. İlkin mərhələdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstərilməsi, 2030-cu ilədək isə bu göstəricinin 500 minə çatdırılması proqnozlaşdırılır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026