11:04 - 13.05.2026
13 may, Fineko/abc.az. Azərbaycan hotel və mehmanxana tipli obyektlərin 2026-cı ilin ilk rübündəki gəliri 128.72 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu da 2025-ci ilin analoji dövründən cəmi 3% çoxdur. Belə ki, həmin dövrdə Azərbaycan hotelləri 125.14 milyon manat gəlir əldə etmişdilər.
Hesabat müddətində bu hotellərin gəlirlərinin 74.95 mln. manatı nömrələrin satışından, 35.09 mln. manatı iaşə xidmətlərindən, 4.84 mln. manatı müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 1.31 mln. manatı konfrans zallarının təqdim edilməsi xidmətlərindən və 12.52 mln. manatı digər xidmətlərdən daxil olub.
Bununla belə hotellərin xərcləri də artaraq 124.24 milyon manata çatıb. Bu 2025-ci ilin eyni dövründəki 119.46 mln. manatla müqayisədə 4% çoxdur ki, bu da şirkətlərin mənfəətliliyini azaldıb.
Cəmi gəlir və xərclər fərqi və ya mənfəəti 5.68 mln. manatdan 4.48 manata düşüb.